Mühasib

  • HR Option
  • Elanın qoyulma tarixi: 17.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: HR Option

Vakansiya: Mühasib (İstehsalat)

* İş yeri: Bakı
* İş rejimi: 6 gün
* İş vaxtı: 09:00-18:00

Şirkət haqqında:

HR Option platforması – ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.

İş haqqında:

• Sistemə yeni məhsul reseptlərinin daxil edilməsi
• Mövcud məhsul reseptlərində maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması
• Məhsullar üzrə resepturanın faktiki formalaşan maya dəyərləri ilə müqayisəsinin aparılması
• Aylıq faktiki istehsal göstəricilərilə (sərfiyyat və itki ) planlaşdırılmış göstəricilərin müqayisə olunması
• Aylıq istehsal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədləşmələrin təmin edilməsi
• Bank sənədlərinin, ödəniş tapşrıqlarının hazırlanması, cari hesabların açılması
• Vergi, DSMF ödənişlərinin hazırlanması
• Periodik büdcənin hazırlanması
• Fiziki şəxslərin əmək haqqı, kompensasiya, məzuniyyət üzrə hesabatlarının aparılması
• Maliyyə hesabatlarının (Balans, mənfəət-zərər, pul axını) hazırlanaraq rəhbərliyə təqdim olunması
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının hazırlanması
• Son haqq hesab, məzuniyyətlərin və ezamiyyətlərin hesablanaraq ödənilməsinin təmin edilməsi
• Əmək haqqı köçürmələrinin, kassa, alış və satış hesabatlarının 1C proqramına işlənilməsi
• Debitor və kreditorlarla heablaşmaların aparılması
• Şirkətin bank hesablarında aparılan bütün növ maliyyə əməliyyatlarının həyata keçirilməsi
• Gömrük, Vergi və digər orqanlarla hesablaşmaları və yazışmaları həyata keçirmək

Tələblər:

● İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə - Ali təhsil
● İstehsal sahəsində mühasib kimi minimum 3 il iş təcrübəsi olmalı
● Mühasibat uçotu, müvafiq qanunvericiliyini bilməli, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmalı
● MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı , 1C proqramı biliyi MÜTLƏQDİR
● Komandada işləmə qabiliyyəti
● Məsuliyyətlilik, dürüstlük, çeviklik, təhliletmə, detallara diqqət, planlaşdırma, icraedicilik, nəzarətedicilik

Uyğun və maraqlanan şəxslərdən “Mühasib” başlığı ilə CV-lərini [email protected] emailinə göndərmələri xahiş olunur.