Maddi vəsaitlər üzrə mütəxəssis

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 16.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 22-40

İşin Təsviri: Maddi vəsaitlərin ilkin uçotu, balansa qəbulu, yerdəyişməsi, təhvil verilməsi və alınması, inventarizasiyası, silinməsi və digər əlaqədar əməliyyatların dəqiq, vaxtında və müəyyən edilmiş qaydalara əsasən yerinə yetirilməsi.

Vəzifə öhdəlikləri:

- Yeni alınmış vəsaitləri təhvil almaq və ilkin uçotu apararaq balansa almaq;
- Vəsaitlərin eyniləşdirmə nömrəsi ilə təchiz olunmasını təmin etmək;
- Əsas vəsaitlərin mütəmadi və növbədənkənar inventarizasiyasında iştirak etmək;
- Vəsaitlərin yerdəyişməsi, təhvil verilməsi və alınması, silinməsi və digər əlaqədar əməliyyatları uçota almaq və sənədləşdirmək.

Tələblər:

- Dəqiq və məsuliyyətli olmaq;
- Yüksək analitik təhlil qabiliyyəti;
- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Anbar, IT, sayım sahəsində təcrübəsi olması arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Endirimli tibb xidməti;
- İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maddi vəsaitlər üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.