Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 02.09.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Risklərin İdarə Edilməsi İdarəsinin Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
• Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
• Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.

İŞİN TƏSVİRİ:

• Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
• Bankın məhsul və xidmətlərinin təhlili;
• Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
• Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
• Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi