Təchizat üzrə Mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 31.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz Təchizat üzrə Mütəxəssis vakansiyasını açıq elan edir.

Hesabat verir: Departamentin rəhbərinə

İşin təsviri və öhdəliklər:

• Şirkətin satınalmalarının təşkili;
• Sənədlərin dövriyyəsi;
• Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Sifariş olunan materialların qısa müddətdə çatdırılmasına nəzarət;
• Bazarın qiymətlərin mütəmadı yoxlanılması;
• Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması;
• Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi.

Tələb olunan bacarıqlar:

• Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları;
• Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır;
• Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları;
• Komanda ilə işləmə bacarıqları;
• Özünü inkişafa meyilli;
• İKT sahəsində satınalma və təchizat proseduru haqqında biliklər;
• Minimum 2 il iş təcrübəsi.

Təklif edirik:

• 3 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
• Mehriban və ünsiyyətcil kollektiv;
• Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “Təchizat üzrə Mütəxəssis” başlığı ilə https://jobs.talhunt.az/icompany/222-t%c9%99chizat+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis++ elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

 

Company tərəfindən digər vakansiyalar