Həkim-Gigiyenist

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 24.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AZƏRSUN HOLDİNQ

Həkim-Gigiyenist

Namizədə aid tələblər:

• Ali tibbi təhsilli olmalı;
• Aidiyyatı sahədə 3-5 il təcrübəsi olmalı;
• Sosial gigiyenanın əsaslarını və sanitar - epidemioloji xidmətin təşkilini bilməli;
• Laboratoriya işinin təşkil edilməsini bilməli;
• Kommunal gigiyena, qidalanma gigiyenası, əmək gigiyenası və ətraf mühitin mühafizəsi və radiasiya gigiyenası üzrə digər məsələləri peşəkar səviyyədə bilməli, kompüterdə çalışma qabiliyyəti olmalı;
• Əməyin mühafizəsi qaydalarını bilməli, mülki müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini bilməli, gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkil edilməsi və aparılması qaydalarını bilməli;
• Əmək fəaliyyətinin təşkilinin nəzəri əsaslarını və gigiyenik prinsiplərini bilməli.

İş haqqında məlumat:

• Sanitariya qaydalarına, gigiyena normativlərinə , sanitariya- gigiyenik və epidemiya əleyhinə tədbirlərin təşkili və aparılmasına nəzarətin həyata keçirilməsi;
• Əhali arasında xəstəliklərin baş verməsi və yayılmasının səbəblərinin və şəraitinin müəyyən edilməsi;
• Sanitariya - epidemioloji sağlamlığın təmin olunması sahəsində ərazilərin sosial - iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Sanitariya epidemioloji ekspertizanı, araşdırma , müayinə , təhqiqat, sınaq, eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərinin həyata keçirilməsi;
• Əhalinin gigiyenik tərbiyəsi üzrə işin təşkil edilməsi və həyata keçirilməsi;
• Sosial - gigiyenik monitorinqin aparılmasında iştirak edilməsi;
• Öz ixtisası üzrə sanitariya - epidemioloji rəylərin hazırlanması, başqa bölmələrin həkimlərinə gigiyena ixtisası üzrə məsləhətlərin verilməsi,iş fəaliyyətinin göstəricilərinin təhlil edilməsi;
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinin təmin edilməsi;
• Cihaz və avadanlıqların istismarının düzgünlüyünə , orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə yardım göstərilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Həkim-Gigiyenist” başlığı ilə) göndərə bilərlər.

İşəgötürənin reytinqi