Proqram təminatı üzrə konsultant

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 23.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Proqram təminatı üzrə konsultant” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Akademiyada tədris olunan proqramlar haqqında potensial müştəriləri məlumatlandırmaq;
• Akademiyanın tələbələri ilə vaxtaşırı konsultasiya sessiyaları keçirmək və ehtiyaclarını müəyyənləşdirmək;
• Kurrikulum, sillabus və tədris materiallarının hazırlanmasını koordinasiya etmək;
• Tələbələrlə seminar və görüşlərin təşkilini koordinasiya etmək;
• Tədris proqramları üzrə mütəmadi tədqiqat aparmaq və blog məqalələri hazırlamaq.

Tələblər:

• İnformasiya Texnologiyaları və Proqram təminatı üzrə ali təhsil;
• Ən az 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə ünsiyyət bacarığı;
• Tədqiqat və analiz bacarğı;
• Təşəbbüskar, məsuliyyətli və yaradıcı yanaşma;
• Azərbaycan və ingilis dillərini səlis bilməsi (rus dili biliyi üstünlükdür);
• Microsoft Office proqramlarından rahat istifadə bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə https://jobs.talhunt.az/atl/230-proqram+t%c9%99minat%c4%b1+%c3%bczr%c9%99+konsultant elektron ünvanına mövzu hissəsində “Proqram təminatı üzrə konsultant” qeyd etməklə göndərə bilərlər.