Tibbi nümayəndə

  • Ambiens MMC
  • Elanın qoyulma tarixi: 23.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Ambiens” MMC-nin Azərbaycan Respublikasındakı rəsmi Nümayəndəliyi, Polşanın öndəgedən “Polpharma” SC, “Adamed” SC, “Polfa Tarxomin”SC farmasevtik zavodlarının rəsmi təmsilçisi Bakı şəhərində Pediatrik, Kardioloji, Nevroloji, Endokrinoloji, Dermatoloji qruplara tibbi nümayəndə vəzifəsinə vakansiya elan edir.

Tibbi nümayəndə

• Şəhər: Bakı
• Yaş: 25-45
• Təhsil: Ali
• İş təcrübəsi: 1 ildən 3 ilə qədər

- Həftə içi hər gün tibbi müəssisələri və aptekləri ziyarət etmək
- İstehsalçı zavodların preparatlarını tanıtmaq
- Farmakonəzarət (preparatların mənfi reaksiyalarının və əlavə təsirlərinin monitorinqi)
- Seminar və prezentasiyaların təşkili və keçirilməsi
- Aksiyaların təşkili və həyata keçirilməsi
- Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək
- İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək)
- Əmək haqqı 700-1000 manat, bonus sistemi mövcuddur
- Nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir, işçi telefon və planşetlə təmin edilir

Namizədə tələblər

- Ali təhsil (tibbi və ya əczaçılıq təhsili olanlara üstünlük verilir)
- Ezamiyyət məhdudiyyəti olmamalıdır
- Davamlı inkişaf və karyera yüksəlişi haqqında düşünməli
- Xarici görünüşünə və səliqəli geyiminə diqqət etməli
- Səlis danışıq qabiliyyəti
- Dürüst, səbirli və məsuliyyətli
- Ünsiyyət yaratmağı bacaran
- Nizam-intizamlı olmaq
- Komandada işləmək bacarığı

• Telefon: +994124970715
• E-mail: [email protected]