Resepşn
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Azərbaycan-səlis, (Rus və ya İngilis dillərindən biri -yüksək);
- Yaş həddi: 22-35;
Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin cavabladırılması;
- Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
- E-poçt yazışmalarının həyata keçirilməsi;
- Məktubların göndərilməsi və qəbul edilməsi;
- Daxil olan və çıxan sənədlərin qeydiyyatının aparılması;
- Administrativ tapşırıqların icrası.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- Əmək haqqı: 300-350 AZN
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Resepşn” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
_____ ______ ___________________
Bababək “Sirab” ASC haqqında:
“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx