Satış məsləhətçisi

  • Superfon
  • Elanın qoyulma tarixi: 16.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Satış məsləhətçisi

İş yeri və qrafiki: Bakı şəhəri (Neftçilər, 28 May, İnşaatçılar və Əhmədli metro stansiya ətrafı), 6 günlük saat 10:00-20:00
İş təcrübəsi: Satış sahəsi üzrə min. 1 il
Yaş həddi: 20 və ya üzəri
İşin təsviri: Satışın icrasını təmin etmək

Vəzifə öhdəlikləri:

- Mağazaya daxil olan müştərilərin rahat bir şəkildə seçim etməklərinə şərait yaratmaq;
- Müştərilərin suallarını cavablandırmaq, məhsullarla bağlı alternativlər təklif və tövsiyyələr etməklə satışı reallaşdırmaq;
- Müştəri məmnuniyyətinin təmini üçün şirkətin bu barədə olan siyasətinə uyğun davranmaq;

Tələblər:

- Dinamik və pozitiv olmalı;
- Şəxsi inkişafa meyli olmalı
- Rus dilini bilməsi üstünlükdür;

Əmək haqqı: Fix maaş (daimi olaraq artır) + Bonus.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış məsləhətçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 15.09.2020

İşəgötürənin reytinqi