Maliyyə Direktoru

  • EKO AQRO
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə - Maliyyə Direktoru

İşəgötürən: Eko Aqro

Namizədə aid tələblər:

 25-45 yaş arasında;
 Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat) ;
 Azərbaycan, Rus və İngilis dilləri üzrə mükəmməl biliklər;
 Minimum 3 il mühasibat, iqtisadiyyat, maliyyə, audit sahəsində iş təcrübəsi;
 AR Vergi Məcəlləsi,Əmək Məcəlləsi və mühasibat uçotu üzrə mükəmməl biliklər;
 Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
 E-gov.az, E-taxes.gov.az və digər portallardan istifadə etmək yüksək bacarığı;
 Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
 Balansın çıxarılması üzrə biliklərə sahib olmalı;
 Dövlət hesabatların tərtib olunması;
 Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
 Məsuliyyətli, dəqiq və peşəkar;
 Yüksək səviyyədə yazışma bacarığı;
 ACCA , CIMA CFA üzrə sertifikatlar üstünlük sayılacaq;
 Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

Maliyyə Hesabatları

 Gəlir və Xərclər hesabatının tərtibi;
 Dövriyyə Hesabatlarının tərtibi;
 Fəaliyyətin analitik və statistik hesabatları;
 Geri qaytarmalara nəzarət;
 Kassa mədaxilinə nəzarət;
 Aylıq maliyyə hesabatların hazırlanması;
 Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi;

Uçot

 Debitor və kreditor hesablaşmaların aparılması;
 Mühasibat uçotunun aparılması;
 Bölmələr üzrə material qalığı uçotu;
 Mal hərəkətinin uçotu və inventarizasiya;
 Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik :)
 Əsas vəsaitlərin alınması,uçotu, istismara verilməsi, balansdan silinməsi;
 Amortizasiya hesablanması;
 İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;

Dövlət orqanları üzrə

 Vergilərin hesablanmsı;
 Sosial ayırmaların nəzarəti;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 Müəssisənin balansının tərtibi;

Əmək haqqı uçotu

 Əmək haqqlarının hesablanması;
 Mükafatlar və əlavə hesablamaların aparılması;
 Sosial vergilərin hesablanması;
 Məzuniyyətlərin hesablanması;

Kassa və planlanma

 Mədaxil və məxaric orderlərin hesablanması;
 Aylıq xərclər smetasının planlaşdırılması və xərclərə nəzarət;
 Kassa hesabatları aparılması;
 Büdcənin tərtib olunması;

Bank

 Xarici və daxili köçürmələr və konvertasiya əməliyyatların aparılması;
 Əmək haqqı və vergi ödənişlərin hesablanması;
 Maliyyə vəsaitlərinə nəzarət;

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 1 ay;
5 günlük iş rejimi;
Əmək haqqı: 1500-2000 AZN.

Mail: [email protected]

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.

EKO AQRO tərəfindən digər vakansiyalar