Əməliyyat Riskləri bölməsinin rəhbəri

  • TuranBank ASC
  • Elanın qoyulma tarixi: 06.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əməliyyat Riskləri bölməsinin rəhbəri

İşə götürən: TuranBank ASC

Şəhər: Bakı
Yaş həddi: 25-35

Vəzifəyə olan tələblər:

• Bankın risk menecment, əməliyyat və audit bölmələrində 3 il və daha çox iş təcrübəsi
• Ali iqtisadi təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük veriləcək);
• Maliyyə sektorunda minimum 3 il iş təcrübəsi (Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
• Problemi həll etmək bacarığı;
• Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı;
• İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı;
• İşdə düzgünlük, operativlik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma qabiliyyəti;
• Məsuliyyətlilik, diqqətcillik;
• Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək);
• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.

Vəzifə öhdəlikləri:

• Bankın fəaliyyət istiqamətləri üzrə əməliyyat risklərini müəyyən etmək və qiymətləndirmək;
• Biznes prosesləri təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək;
• Əməliyyat risklərinin xəritəsini hazırlamaq, əməliyyat sahələrinə xarakterik ehtimal riskləri dəyərləndirmək və idarəedilməsi, minimallaşdırılması istiqamətində təkliflər vermək;
• Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin təlimatlara, normativlərə, qaydalara, risk siyasətinə uyğun aparılmasına nəzarət etmək;
• Biznes proseslərin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək;
• Yoxlamaların nəticəsi olaraq aşkar edilmiş neqativ halların eskalasiyasının qarşısının alınması istiqamətində təkliflər vermək;

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Əməliyyat riskləri bölməsinin rəhbəri” yazmağı unutmayın.

İşəgötürənin reytinqi