Onlayn satış rəhbəri

  • Superfon
  • Elanın qoyulma tarixi: 03.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Onlayn satış rəhbəri

İş yeri: Bakı şəhəri (Əhmədli qəs, Sarayeva küç -Əhmədli Filialı)
İşin təsviri: Şirkətin onlayn satış strategiyasını müəyyənləşdirilməsi və idarə edilməsi

Vəzifə öhdəlikləri:

- Rəqiblərinin onlayn satış strategiyası və bazar analizi, onlayn satış prosesinin (logistika və zəng mərkəzi) təşkili,
- Onlayn satış hədəflərinin təyin olunması və idarə edilməsi;
- Onlayn satış komandasının düzgün idarə edilməsi, motivasiyasının yüksək saxlanılması və komandanın hədəflərinə çatmasınında lazımı dəstəyi təmin ediməsi;
- Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi;
- Onlayn satış sonrası müştəri xidmətlərinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmalı və nəzarət mexanizmini tətbiq etməli;

Tələblər:

- Onlayn satış sahəsi üzrə nəzəri və praktiki bilgilər, sıfırdan onlayn satış sistemi qura bilmə bacarığı;
- Azərbaycan dilini mükəmməl (İngilis dili arzuolundır);
- MS Office proqramlarından istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;
- İş təcrübəsi: Ümumi Satış təcrübəsi 5 il (azı 2 il rəhbər təcrübəsi);
- Təhsil: Ali (Biznesin İdaredilmısi, İqtisadiyyat və Maliyyə istiqamətləri üzrə);
- Yaş həddi: 30 və ya üzəri;

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Təminatlarımız; Nahar, Danışıq limiti, İşlə bağlı xərclərin qarşılanması, Əmək qanunverciliyi əsasında işə qəbul prosesi.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Onlayn satış rəhbəri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 20.08.2020

İşəgötürənin reytinqi