Sənədli əməliyyatlar üzrə Menecer

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 29.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sənədli əməliyyatlar üzrə Menecer

Ümumi məlumat

Kapital Bank” ASC namizədləri “Agile” komandasına “Sənədli əməliyyatlar üzrə Menecer” olaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.

Öhdəliklər

• Bankın sənədli əməliyyatlar üzrə siyasətinin inkişafı layihələrinin həyata keçirilməsi;
• Beynəlxalq maliyyə qurumları ilə əlaqələrin qurulması;
• Bankın müştərilərinin xeyrinə qarantiyaların verilməsinə dair təkliflərin hazırlanmasına nəzarət;
• Sənədli əməliyyatlar üzrə əqdlərin strukturlaşdırılması və sənədli əməliyyatların müşayiət olunması;
• Bankın struktur bölmələri, eləcə də iri və orta biznes subyektləri ilə sənədli əməliyyatların inkişafı məsələləri üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi;
• Kredit və sənədli əməliyyatlar üzrə bazarda qüvvədə olan tarif və faiz dərəcələrinin müntəzəm monitorinqin keçirilməsi;
• Sənədli əməliyyatlar üzrə, metodik, təlimat sənədlərin hazırlanmasında iştirak onların təsdiqi.
• Müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
• Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
• İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
• Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
• Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
• KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi.

Tələblər

• Sənədli əməliyyatlar sahəsində iş təcrübəsi;
• SWIFT üzrə iş təcrübəsi;
• Banklarda sənədli əməliyyatların verilmesi üzrə prosedur biliklerinin olması;
• Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
• Operativ qərar vermə bacarığı;
• Yüksək səviyyədə analitik bacarıqlar;
• Yaxşı ünsiyyət və nitq bacarıqları;
• Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.

CV-lərinizi, mövzu hissəsində “Sənədli əməliyyatlar üzrə Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi