Logistika Əməliyyatları üzrə Analitik

  • Elanın qoyulma tarixi: 28.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Logistika Əməliyyatları üzrə Analitik

İş yeri: Mingəçevir şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Təhsil: Ali (Kompüter elmləri ,İqtisadiyyat və Riyaziyyat yönümlü )
Cinsi: Kişi
Yaş həddi: 21-28
İşin Təsviri: Nəqliyyat proseslərinin optimallaşdırılması istiqamətində müvafiq məlumatları təhlil etmək və hesabatlar hazırlamaq

Vəzifə öhdəlikləri:

- Logistik əməliyyatların optimallaşdırılması;
- Faktiki depo-dağıtım əməliyyatlarının izlənməsi;
- Data məlumatlarına uyğun hesabatların hazırlanması;
- Hesabatlara uyğun yeni modernləşmə və analizlərin tətbiqi;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması.

Tələblər:

- Analitik düşünmə bacarığı;
- MS Office proqramları biliyi (Xüsusilə MS Excel);
- Hesabatvermə və təqdimetmə bacarığı;
- Nəqliyyat idarəetmə sistemləri ilə iş təcrübəsi arzuolunandır.
- SQL proqramlaşa dili (üstünlükdür)
- Power BI (üstünlükdür)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Logistika Əməliyyatları üzrə Analitik” yazmaqla CV göndərərək müraciət edilir.