Kateqoriya meneceri ( Gəncə şəhəri )

  • Superfon
  • Elanın qoyulma tarixi: 27.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Kateqoriya meneceri

İş yeri: Gəncə şəhəri

İş təcrübəsi: Minimum 2 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək;
- Öz illik satış planını hazırlamaq, KDM və şirkətin direktoru tərəfindən təsdiqlənməsini təmin etmək;
- Bazar və müştəri barəsində araşdırma və analizlər edərək, satış qiymətini təyin etmək;
- Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək;
- Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək;
- Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək;
- İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək ən çox satılan malların siyahısını hazırlamaq;
- Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək;
- Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək;
- Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək;

Tələblər:

- Bazar araşdırması və analizi texnikaları;
- Satış texnikaları baradə biliklər;
- Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək;
- Texnolojik məlumatlılıq;
- Planlama qabiliyyəti (tələbin, stokun planlanması);

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Kateqoriya meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 15.08.2020

İşəgötürənin reytinqi