Qaynaqçı

  • Metak
  • Elanın qoyulma tarixi: 24.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.

"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının rezidentidir.

Biz bütün uğurlarımıza əməksevər və peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!

Qaynaqçı

Namizədə tələblər:

• Orta-texniki təhsili;
• Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• İşə məsuliyyət, təmkinli davranış.

Bilməlidir:

• Elektrik qaynaq avtomat və yarım avtomatların, tutqacın oksigen və qaz balonlarının, reduktor priborunun, qaz qaynağı və kəsən aparatların, qaz generatorların quruluşunu və iş prinsipini;
• Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını;
• Qaynaq birləşmələrinin növlərinin və tikişin tipini;
• Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını;
• Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü.

İş barədə məlumat:

• Elektrik və qaz qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək.
• Elektrik və qaz qaynağı işlərini həyata keçirir və görülən işin keyfiyyətinə nəzarət etmək.
• Vəzifə təlimatına əsasən digər əmək funksiyalarını yerinə yetirmək.

İş şəraiti:

• Növbəli iş rejimi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;
• Əmək haqqı danışıq əsasında.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=21
və ya [email protected] ünvanına CV göndərərək, 25.08.2020 – ci, il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.