İşə qəbul üzrə mütəxəssis

İşin təsviri

İşə götürən şirkət: money4you.financial – Azərbaycan MMC

Vakansiya: İşə qəbul üzrə mütəxəssis

Tam və ya yarım iş günü
Adres: Heydər Əliyev prospekti 115, Bakı, Azərbaycan

İş haqqında məlumat:

1. Yerli və beynəlxalq kadrların işə qəbulu
2. Cari işə qəbul prosedurlarını yeniləmək və dizayn etmək (məsələn, işə müraciət və işə qəbul proseslərində)
3. İşə qəbul prosesinin koordinasiyası və təşkili, performansla bağlı Baş Ofisə hesabatların verilməsi
4. Təcrübə, təhsil və bacarıqları barədə namizədlərlə müsahibələrin təşkili və keçirilməsi
5. Uğurlu namizədlərlə bağlı referansların alınması
6. Namizədləri iş yerinin əlavə faydaları və şərtləri ilə məlumatlandırmaq
7. Keyfiyyətli namizədin araşdırmaq və işlə təmin etmək
8. Rəhbərlik və işçi arasındakı subordinasiyanın qorunmasını təmin etmək və yarana biləcək və yaranmış məsələlərin həll edilməsi
9. İş elanı təlimatlarının və tələb olunan bacarıqlar listinin hazırlanması, illik yenilənməsi və işçi axtarışı üzrə veb saytlarına elanların yerləşdirilməsi
10. İş yerlərinin tutulması tədbirlərinin yaradılması və əlaqələndirilməsi
11. İldə 2 dəfə I və III rübün əvvəlində işçi qiymətləndirilməsi prosesinin həyata keçirilməsi
12. Şirkətin İT şöbəsinin nümayəndələri ilə birlikdə namizədlər üçün test suallarının hazrlanması və sistem üzrə yerləşdirilməsi
13. İşə qəbul prosesinin izlənməsi və qeydiyyatının aparılması
14. İşə qəbul programlarının nəzərdən keçirilməsi və şirkət üçün an uyğun variantın irəli sürülməsi
15. İş elanı üçün uyğun variantların araşdırılması və seçilməsi
16. Yeni işə qəbul texnikalarından istifadə edilməsi
17. Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması
18. Əmək qanunvericiliyini daim izləmək
19. Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak
20. HR mütəxəssisləri, kolleqalar və digər tərəfdaşlarla əlaqələrin qurulması və şirkətin peşəkar şəbəkəsini yaradılması
21. Bütün iş görüşmələrini namizəd biletinə kamera ilə yazmaq
22. Bütün namizədlərlə daxili elektron poct üzərindən əlaqə yaratmaq (Lizeilla/Outlook)

Tələb olunan bacarıqlar:

1. İngilis dili biliyi (ən azı - B1 səviyyəsi)
2. İşə qəbul meneceri, işə qəbul üzrə məsləhətçi və ya işə qəbul üzrə koordinator kimi təsdiqlənmiş iş təcrübəsi
3. İzləmə Sistemləri və HR məlumat bazaları ilə iş təcrübəsi
4. Əmək qanunvericiliyini bilmək
5. Müsahibələr, namizədin müayinəsi və qiymətləndirilməsi ilə təcrübə
6. Sosial media və digər peşə şəbəkələri ilə tanışlıq (GitHub, LinkedIn, Xing, Youtube, BranchOut, Rinde, Fürsət, İş kassası, Twitter, Reddit, Sumry, Gust, Facebook, ...)
7. Mükəmməl şifahi və yazılı ünsiyyət və komanda idarəetmə bacarıqları
8. Güclü qərar qəbul etmə bacarığı
9. Müraciət etdiyi vəzifə üzrə ali təhsil (Bakalavr/Magistratura)

İş yerinin əlavə faydaları (benefits)

• Performansa dayalı ekstra ödənişlər
• Maraqlı və çətin vəzifələr
• Həm komanda halında, həm də müstəqil tapşırıqlar
• Şəxsi inkişaf imkanları
• Dinamik “international” komanda
• Pulsuz meyvələr, masaj və müxtəlif komanda halında tədbir imkanları

Kontakt detalları:

money4you.financial – Azərbaycan MMC
Sayt: money4you.financial
Telefon: +3696200202
E-mail: [email protected]

Money4you.financial MMC tərəfindən digər vakansiyalar