Hüquqşünas

İşin təsviri

İşə götürən: “Grand Motors” MMC

Vəzifə: Hüquqşünas

İşin təsviri:

- Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
- Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
- Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
- Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
- Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
- Veksellərin, səhmlərin qeydiyyatı və bununla bağlı digər işlərin aparılması
- Offshore və FZE şirkətlərin qeydiyyatı və lisenziyaların alınması
- Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Tələblər:

- Ali hüquqi təhsil
- Cinsiyyət: kişi
- Korporativ hüquq və məhkəmə qərarlarının icrası sahəsində ən azı 1 il təcrübə
- Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
- Şirkətlər nizamnaməsi, inzibati xətalar məcəlləsi, cinayət məcəlləsi üzrə
- Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
- Dil bilikləri: Azərbaycan dili(əla), İngilis dili(əla), Rus dili (arzuolunandır)

İş qrafiki:

Bazar ertəsi – Cümə: 08:30 – 17:30
Şənbə: 10:00 – 16:00

Əmək haqqı: 600 AZN

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.