Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

İstehsalat müəssisəsi Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə işçi ehtiyacını nəzərə alaraq yeni vakansiya elan edir.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinin öhdəliyi:

• Təsdiqlənmiş plana uyğun olaraq sarğı materialları, xam malın (tütün), natamam hazır və hazır malların keyfiyyətinin yoxlanılması;
• Nümunələri seçmək, hazır məhsulun parametrlərini və onların komponentlərinin yoxlanılması;
• Gündəlik keyfiyyət haqqında məlumatların verilməsi;
• Məhsulda qüsur olduqda dərhal növbə nəzarətçisinə xəbər verərək, qüsurun aradan qaldırılması prosesinin təşkil edilməsi və müvafiq sənədlərin hazırlanması;
• Növbəli iş qrafiki çərçivəsində işlərin aparılması.

Tələb olunan bilik və bacarıqlar:

• Kimya, kimya mühəndisliyi sahəsində təhsil;
• İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək (yazı və danışıq);
• Microsoft Office proqamlarında işləyə bilmək;
• Keyfiyyətə nəzərət sahəsində iş təcrübəsi;
• Laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
• Komanda halında işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Analitik düşüncə bacarığı.

Üstünlüklər:

• İş yerinə çatdırılma (servis xidməti) təmin edilir;
• İş yerində nahar təmin edilir.

Əmək haqqı namizədin təhsili, iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaq.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 15.07.2020-ci il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.