Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 18.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsində aktiv iştirak etmək;
• Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
• Cəmiyyətin investisiya fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək. Müxtəlif ssenarilər üzrə təhlillər aparılması;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar. Exceldə mürəkkəb funksiyalarla işləmək bacarığı
• Maliyyə hesabatlarının müxtəlif növ təhlili qaydalarını, eləcə də investisiyaların rentabelliyinin qiymətləndirilməsi üsullarını bilmək (NPV, IRR, PBP və s.)
• Maliyyə bazarları və fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
• Maliyyə sahəsində müxtəlif kvalifikasiyalara malik olmaq arzu olunandır; Xüsusilə də CFA sahəsində Level 1 mərhələsi və ya ACCA kvalifikasiyasında F2, F5, F7 və F9 imtahanlarını keçmək üstünlükdür.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi