Qaraj rəisi (ağır texnika, yük avtomobilləri daxil olmaqla)

  • Company
  • Elanın qoyulma tarixi: 17.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qaraj rəisi (ağır texnika, yük avtomobilləri daxil olmaqla)

Vəzifə Öhdəlikləri

- Avtomobil qarajının işinin təşkili və idarəedilməsi;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinin təşkili, nasazlıq səbəblərinin təhlili, təmir cədvəlinin hazırlanması;
- Ağır tikinti texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Kadr ehtiyatına və dövriyyəsinə nəzarət, müvafiq işçi heyətinin seçilməsində iştirak;
- Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət;
- Boşdayanmanın qarşısının alınması;
- Xəttə olan nəqliyyat vasitələrinin sürücülərinə tələb olunan texniki dəstəyin göstərilməsinin təşkili;
- Baş vermiş yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulmasının səbəblərinin təhlili;
- İşlənən materialların sərf edilmə normalarına riayət olunmasına nəzarət.

Tələblər :

- Yaş həddi: 40-55
- Təhsil: ali texniki təhsil
- İş təcrübəsi: müvafiq vəzifədə minimum 5 il
- Sürücülük vəsiqəsi
- Gərginliyə davamlılıq, yüksək diqqət, idarəetmə və ünsiyyət qurma bacarığı

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.

Company tərəfindən digər vakansiyalar