Daxili Kommunikasiya və Təşkilati İnkişaf şöbəsinin rəhbəri

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 17.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PAŞA Sığorta” ASC namizədləri “Daxili Kommunikasiya və Təşkilati İnkişaf şöbəsinin rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

• Şirkət üzrə daxili kommunikasiya və təşkilati inkişaf istiqamətinin təkmilləşdirilməsi;
• Kommunikasiya kanallarının yaradılması, inkişaf etdirilməsi və effektivliyinin təmin edilməsi;
• Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsi;
• Şirkət daxilində mövcud olan kommunikasiya boşluqlarının təyin olunması və müvafiq tədbirlər planının hazırlanması və icrasına nəzarət;
• Mövcud kommunikasiya kanallarından məlumatların düzgün və effektiv formada paylaşılmasına, həmçinin bütün kanallardan mütəmadi olaraq istifadə edilməsinə nəzarət etmək;
• Şirkət strategiyasının, dəyərlərinin, gələcəyə baxışının və şirkət daxilində aşılanmasına ehtiyac olan məlumatların hazırlanması və əməkdaşlara düzgün kommunikasiya olunmasına nəzarət;
• Rəhbərlər arasında kommunikasiyanın gücləndirilməsi istiqamətində yaradılan platformaların idarə olunması;
• İntranet Platformasının yeni funksionallıqlarla mütəmadi inkişaf etdirilməsi və effektivliyinə nəzarət;
• Şirkət daxilində sahibkarlıq dəyərinin yaşadılması və əməkdaşların şirkətin gəlirliliyinə və proseslərinin optimallaşmasına töhfəsini təmin etmək məqsədi ilə ideya və təkliflər platformasının idarə olunması və ideyaların reallaşdırılmasına nəzarət;
• Əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsini, aktivliyini və inkişafını təşviqedici platformaların idarə olunması ;
• Təşkilati inkişaf istiqamətində funksiyaların illik daxili məmnuniyyət sorğularını keçirərək boşluqların müəyyən olunması və aradan qaldırılması üçün tədbirlər planının təklif olunması;
• Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsi;
• Birbaşa rəhbərin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək;
• Daxili Kommunikasiya, Təşkilati İnkişaf və Tədbirlərin təşkil olunması istiqamətində çalışan komanda üzvlərinin idarə olunması;
• İnsan Resursları istiqamətində müxtəlif hesabatlılıq işlərinin aparılması (Təqdimatların hazırlanması, Dashboardların yaradılması və s);

BİLİK VƏ BACARIQLAR

• Ali təhsil;
• İnsan Resursları və ya Təşkilati İnkişaf istiqamətində iş təcrübəsinə üstünlük verilir;
• Dil bilikləri Yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;
• Kompyuter bilikləri Yüksək səviyyədə Microsoft Office proqramından istifadə etmək;
• Bu sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
• Biznesi anlamaq;
• Analitik düşüncə;
• Güclü kommunikasıya bacarığı.

Son müraciət tarixi: 05 iyul, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.