Zootexnik

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 12.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

A+CO” MMC şirkəti "Zootexnik" vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

• Uyğun sahə üzrə ali təhsil;
• Yaş həddi: 25-55
• Zootexnik kimi ən azı 3 il iş təcrübəsi;
• Rus dili biliyi arzuolunandır;

Vəzifə öhdəlikləri:

• Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri həyata keçirmək;
• Ətlik heyvanların saxlanma şəraitini müəyyənləşdirmək və təkmilləşdirmək;
• Heyvanların məhsuldarlığının uçotunu aparmaq;
• Günlük yem sifarişini anbara vermək, gündəlik fərdi və qrup halında yem payını tərtib etmək, yemlənmənin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
• Yem rasionları tərtib etmək və tətbiq etmək;
• Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil etmək;
• Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini qismən təşkil etmək;
• Ətin keyfiyyətinin, yağlılıq dərəcəsinin müəyyən edilməsi işlərini təşkil etmək;
• Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin və miqdarının dəqiq təyinini müəyyənləşdirmək;

İş şəraiti:

• İş yeri: Pirəkəşkül qəsəbəsi;
• İş qrafiki: 6 günlük .
• Yatılı qalma və gündə 3 dəfə olmaqla qidalanma şəraiti;
• Nahar Şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Zootexnik" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.