Odontos şirkəti “Ofis meneceri” vakansiyası elan edir.
Namizədə verilən tələblər
- Təhsil - Ali
- Yaş - 21-30
- Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək
- 1C və digər satış proqramlarında təcrübəsi olanlara üstünlük verilir.
- Stoka nəzarət və müxtəlif analizlər etmək
- İngilis dili ( intermediate ), rus və türk dili bilənlərə üstünlük verilir.
- Ciddi, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
- Kollektivlə işləmə bacarığı
İş barədə məlumat:
- Aid olduğu bölmə üzrə ofis daxili işlərə nəzarət
- Telefon və maillərin cavablandırılması və müraciətlərin müvafiq şöbə və bölmələrə yönləndirilməsi
- Xarici Partnyor şirkətlərlə yazışmalar
- Daxili ofis və təchizat işlərinin aparılmasında bacarığı olmalı
- Gərgin iş şəraitində işləmə bacarığı
- Xidmətlə əlaqədar yarana bilən sualların dəqiq və dolğun cavablandırılması
- Öz brendi üzrə ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət, zakazların qeydiyyatının aparılması, qaimələrin proqrama işlənməsi.
- Əmək haqqı – 400 AZN + aylıq tətbiq olunan öhdəliklər yerinə yetirilərsə əlavə premiya veriləcək.
- İş təcrübəsi - 3 il
- İş qrafiki – 6 gün (həftə içi - 09.00 - 18.00, şənbə günü – 09.00 – 16.00)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Ofis Meneceri” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.