Java Back-End developer (middle, junior)

  • Express Bank
  • Elanın qoyulma tarixi: 03.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Java Back-End developer (middle, junior)

Vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmlərinin yaradılması;
• Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədlərin” tətbiq edilməsi;
• Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verə biləcək şəkildə yazılması;
• Yeni servis, proses və məhsulların sıfırdan yaradılması;
• Mövcud servis, proses, məhsullarla işləyərək onların funksionallıqlarında və kodlarında düzəlişlər, dəyişikliklər və ya optimallaşdırma işlərinin həyata keçirilməsi;
• Proqram təminatında çıxan xətaları kod səviyyəsində analiz edərək xətaların aradan qaldırılması;

Tələblər:

• 1 ildən – 3 ilə qədər ş təcrübəsi (Bank və ya digər maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
• Yüksək səviyyəli analitik bacarıqlar;
• Yeni trend və texnologiyalardan məlumatlı olmaq;
• Komandada işləmək bacarığı;
• Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla, xüsusilə Scrum komandalar ilə iş bacarığı arzuolunandır;
• OOP prinsipləri; Dizayn patternləri; Java, Spring (boot) üzrə biliklər və təcrübə;
• Verilənlərin Strukturlaşdırılması və Alqoritmlər (DATA Structures and Algorithms);
• Relyasiyalı verilənlər bazası ilə iş təcrübəsi;
• XML;JSON;Git ilə işləmə bacarığı;
• Front-end (React, Angular JS və s) ilə qarşılıqlı işləmək bacarığı;
• REST, SOAP bilikləri;
• Web servislərin yaradılması və inteqrasiyalarının həyata keçirilməsi;
• IBM Integration Bus üzrə biliklərə sahib olması arzuolunandır;
o Rus və İngilis dilləri arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərin mövzu yerinə “Back-End developer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi