Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Araz Supermarketlər Şəbəkəsi Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

 İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
 Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki aylarla müqayisə edilməsinə və mühüm fərqlərin araşdırılmasına, uyğunsuz fərqlər aşkar edildikdə həlli üçün addımlar atılmasına nəzarət etmək;
 Müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlil edilməsini təmin etmək;
 Optimizasiya məqsədilə hazırlanmış təhlillər əsasında təkliflər vermək;
 İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlanmasını təmin etmək;
 Maliyyə uçotunun təşkilini təmin etmək;
 Büdcələmənin təşkili və idarə olunması proseslərinin həyata keçirilməsini təmin etmək;
 Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
 Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
 Maliyyə vəziyyəti haqqında məlumat və proqnozların hazırlanmasını təmin etmək;
 Analitik təhlili və optimal həll yollarının araşdırılması proseslərinin həyata keçirilməsini təmin etmək;
 Aparılmış təhlil nəticəsində hazırlanmış müvafiq sənədlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
 Rəhbərlik tərəfindən verilən digər yazılı və şifahi tapşırıqları icra etmək.

Tələblər:

 Ali təhsil;
 Minimum 1 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
 Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
 Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
 Yüksək səviyyədə MS Office proqramları biliyi;
 Xarici dil biliyi üstünlükdür.

Təminatlar:

 Servis xidməti;
 Nahar ilə təmin edilmə;
 Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Büdcələmə, maliyyə analizi və hesabatvermə şöbə müdiri” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected][email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi