Mağaza direktoru

  • Novas Home
  • Elanın qoyulma tarixi: 01.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Novas Home 8 fevral 2019 –cu il tarixdən fəaliyyətə başlamışdır. Brendin filialları “Bizim Market” mağazalarında yerləşir. Qısa zaman ərzində Novas Home konsepsiyası yeni filiallarda genişlənmişdir. Hazırda 6 filial fəaliyyət göstərir.

Novas Home”-da mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəx alətləri, təmizlik vasitələri, uşaq aləmi, bağ-bağça alətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 21 kateqoriyaya aid müxtəlif çeşid məhsullar yer alır.Geniş məhsul çeşidi, münasib qiymət, yüksək keyfiyyət və müştəri məmnuniyyəti əsas hədəfimizdir. Brendin sloqanı isə “təkrar olunmayan ahəng"dir.

Əgər siz də daimi karyera yüksəlişi və pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə bizə qoşula bilərsiniz.

Mağaza direktoru

Vəzifələr:

• Mağazanın effektiv işinin təşkili
• Personalla iş, müştərilərə müəyyən olunmuş standartlara uyğun xidmətin təşkili
• Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
• Görülən işin hesabatı
• Malların qəbulu və iadəsinin təşkili
• Malların çeşidinə və keyfiyyətinə nəzarət
• Satış zalında malların merçendayzinq standartlarına uyğun yığılmasını təşkil etmək
• Daxili inventarlaşmanın aparılması

Tələblər:

• Uyğun ali və ya orta ixtisas təhsili
• Azərbaycan dilini mükəmməl bilməlidir. İngilis və rus dili bilgiləri arzu olunandır
• Mağaza müdiri və ya müdir müavini vəzifələrində 1 il iş təcrübəsi
• Ünsiyyət qurmaq, idarəetmə və komandada işləmək qabiliyyəti
• Təşkilatçılıq və liderlik bacarıqları
• MS office proqramları sərbəst bilməli
• Satış texnikası və pərakəndə satış haqqında məlumatlılıq
• Kreativlik, Dürüstlük, Tələbkarlıq, Müştəri yönümlülük, Dəqiqlik kimi əsas vacarıqlar

Şirkətin öhdəlikləri:

• Aylıq əmək haqqı – 1500 manat
• Korporativ treyninqlərin təşkili
• Altı günlük iş həftəsi
• Şirkətdaxili karyera inkişafı
• Naharla təmin olunma

Vakansiyaya müraciət üçün CV-ləri “Mağaza Direktoru” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.