2017-ci ildən etibarən fəaliyyət göstərən, yerli fast food brendi olmaqla, paytaxtda 10 filiala sahib “Əjdaha” MMC” Baş Mühasib vakansiyasını açıq elan edir.
Vəzifə Öhdəlikləri:
• Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
• Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak;
• E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
• Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması;
• Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
• Ödənişləri nəzarətdə saxlamaq;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
Tələb olunan bacarıqlar:
• Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
• İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
• 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
• Balansın çıxarılması;
• Ezamiyyətlərə hazır olmalıdır.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
• Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir);
• Kariyera inkişafı imkanı.
Maraqlanan şəxslərdən özləri haqqında məlumatı (CV) şəkil ilə birlikdə, mövzu hissəsində “Baş Mühasib” başlığı ilə qeyd edərək [email protected] göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.