Aparıcı mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 12.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Aparıcı mühasib

İş yeri: Bakı şəhəri (Əhməd Rəcəbli 2-32, Turan İş Mərkəzi)
İş təcrübəsi: Sahə üzrə min. 3 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat)
Yaş həddi: 26 və ya üzəri

Vəzifə öhdəlikləri:

- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil və nəzarəti;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini, aylıq, rüblük və illik Vergi hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtibi və nəzarəti;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsinə nəzarət;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması, müvafiq yazışmaların aparılması və şəxsi vərəqə ilə işləmək;

Tələblər:

- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (xüsusilə Excel), 1C 8.3

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 31.05.2020

İşəgötürənin reytinqi