Direktor

İşin təsviri

“Region Transfer” Məhdud Məsuliyyətli Cəmiyyəti

Müəssisə taksi fəaliyyəti ilə məşğul olur. Bu səbəbdən də vəzifə öhdəlikləri və tələblər birbaşa fəaliyyət sahəsinə uyğun olaraq tərtib olunmuşdur. Xahiş olunur müraciət edən zaman qeyd edilənləri nəzərə alasınız.

Direktor

Vəzifə öhdəlikləri:

• Şirkətin quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Satışları həyata keçirmək məqsədilə şirkətlər və sahibkarlar ilə görüşlər keçirmək;
• Satış əhatəsini genişləndirmək məqsədilə kreativ və effektli ideyaların həyata keçirilmək;
• Şirkətin Kommersiya sirrinin riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkət tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək, aidiyyatı qurumlarla iclaslarda şirkəti təmsil etmək.

Namizədə tələblər:

• Ali təhsilli;
• Nizam-intizamlı, işçilərlə münasib davranış qabiliyyəti olan;
• Yeni partnyorların axtarılması istiqamətində effektiv metodlardan istifadə edə bilən;
• Müxtəlif satış kanallarından istifadə etməklə proqressiv artımı təmin edə bilən;
• Şirkətin inkişafı üçün fəaliyyət sahəsinə uyğun olaraq biznes planın tərtib olunmasında təcrübəli olan;
• Nəticəyə yönümlü və yaranmış problemin həlli istiqamətində operativ qərar verə bilən;
• Əmək intizamına və əmək təhlükəsizliyinə riayət edilməsini təmin edən normativ hüquqi aktlardan məlumatlı olan;
• Minimum 3 il idarəçilik təcrübəsi;
• Maliyyə sahəsində təcrübəli olması arzuolunandır;
• Yaş həddi 25-50;
• Əmək haqqı müsahibə zamanı təyin olunacaqdır.

CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. CV göndərən zaman e-mailin mövzu (subject) hissəsində “direktor” yazmağınız mütləqdir, əks halda CV-niz diqqətdən yayına bilər.

Region Transfer MMC tərəfindən digər vakansiyalar