KOS və İri Korporativ kreditlərin rəsmiləşdirilməsi qrupuna təcrübəçi

İşin təsviri

Azərbaycan Beynəlxalq Bankı KOS və İri Korporativ kreditlərin rəsmiləşdirilməsi qrupuna təcrübəçi seçimi elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Öyrənəcəkləriniz:

 Korporativ seqmentinə aid bütün müştərilərə rəsmiləşdirmə xidmətinin göstərilməsi;
 Rəsmiləşdirmə prosesində tələb olunan sənədlərin toplanması üçün müştərilərə dəstək göstərilməsi.
 Müştərilərə səyyar xidmətin göstərilməsi;
 Kredit, Qarantiya, Akkreditiv, Zaminlik, Girov, İpoteka, müqavilələrin hazırlanması;
 Əqdlərin AƏS-ə daxil olunması;
 Notariuslarla iş.

Bizim üçün ideal namizəd:

 Ali təhsili;
 Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti olan;
 Yazılı və şifahi ünsiyyət bacarıqlı;
 Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
 Ofis proqramları, xüsusi ilə yüksək Excell biliklər olan şəxsdir.

Bu təcrübə proqramı sizə nələri qazandıracaq:

 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə öz CV-nizi 20 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir.
Əlavə məlumat üçün: www.ibar.az