Hüquqşünas

  • Access Bank
  • Elanın qoyulma tarixi: 04.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəlikləri

- Bankın əməkdaşları üçün qanunvericilik məsələləri üzrə mühazirələrin aparılması
- Qanunvericiliyin tətbiqi ilə bağlı sorğuların cavablandırılması və ya aidiyyəti üzrə həmkarlarına yönləndirilməsi
- Banka daxil olmuş müraciətlərin, sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edilməsi
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
- Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
- Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəyin verilməsi
- Tərəfdaşlar və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
- Bank daxilində müəyyən edilmiş etik davranış qaydalarına riayət etmək, digər əməkdaşlara qarşı diqqətcil olmaq, onların mənafeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, onlarla mehriban və səmimi münasibət saxlamaq
- Bankın korporativ maraq və işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək
- Öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək

Vəzifə üzrə tələblər:

- Ali hüquq təhsili
- Peşə istiqaməti üzrə 2- 3 (iki - üç) il, o cümlədən bank sahəsində 1 - 2 (bir-iki) il iş təcrübəsi
- Mülki qanunvericilik, o cümlədən bank qanunvericiliyi sahəsində nəzəri və praktik biliklər, digər qanunvericilik sahələri (mülki prosessual, əmək) üzrə nəzəri biliklər
- Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı bilmək
- Komputer texnikası ilə işləmək bacarığı
- Kollektivdə işləmək bacarığı
- Tabelik münasibətlərində işləmək bacarığı
- Analitik və yaradıcı düşüncə
- Dəqiqlik və məsuliyyətlilik
- Ünsiyyətcillilik və güclü inandırma bacarığı
- Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı
- İşdə təşəbbüskar və yenilikçi yanaşma
- Daimi özünüinkişaf və təkmilləşdirmə
- Rəsmi-işgüzar üslubda yazışmalar həyata keçirmək bacarığı

Vəzifə tələblərinə uyğun gələn namizədlər öz CV-lərini [email protected] elektron poçtuna “Hüquqşünas” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi