Hüquqşünas

İşin təsviri

ASC “Standard Insurance” Sığorta Şirkəti öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun aparır.

ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamışdır. ASC “Standard Insurance” SŞ “AB Standard” Şirkətlər qrupunun üzvüdür. Fəaliyyətə başladığı qısa müddətdə Şirkətimiz Azərbaycanın ən sürətli inkişaf edən sığorta şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta xidməti göstərir.

Şirkətimizin başlıca prinsipi müştəri məmnuniyyətidir. Bu istiqamətdə tərəfimizdən daim yeni-yeni layihələr hazırlanır və icra olunur. Şirkətimiz geniş fərdi və korporativ müştəri bazasına malikdir.

HÜQUQŞÜNAS

Vəzifə öhdəlikləri:

1. Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
2. Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
3. Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
4. Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
5. Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
6. Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
7. Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
8. Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
9. Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
10. Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
11. Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək.

Namizəddən tələblər:

1. Ali hüquqi təhsil;
2. Sığorta sahəsində hüquqşunas vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;
3. Azərbaycan, rus, ingilis dillərini bilmək;
4. MS Office proqramların bilmək;
5. Komandada işləmək bacarığı;
6. Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
7. Stressə davamlılıq;

İş qrafiki həftənin 5 günü saat 09:00-18:00

Vakansiyada qeyd oluna meyarlara uyğun olan namizədlər CV [email protected] elektron ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Standard Insurance tərəfindən digər vakansiyalar