Debitor borcları üzrə Maliyyə Analitiki

  • Avrora
  • Elanın qoyulma tarixi: 27.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Debitor borcları üzrə Maliyyə Analitiki” vakansiyanı açıq elan edir.

Vəzifələr:

 Debitor borclarının izlənməsi və analizi;
 Şübhəli Debitor borclarının müəyyən edilməsi;
 Aging hesabatlarının hazırlanması;
 Endirimlərin yoxlanılması və təhlili;
 İşçi heyətinin qısa müddətli debitor borcları hesablarının yoxlanılması və problemlərin müəyyən edilməsi;
 Malsatanların büdcə hesablarının yoxlanılması və təhlili;
 Debitor borcları ilə bağlı bütün əməliyyatlara nəzarət edilməsi.

Tələblər:

 Ali iqtisadi təhsil;
 İlkin Logo biliyi və Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
 Mühasibatlıq və yaxud maliyyə sahəsində təcrübə;
 Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
 MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır) istifadə etmək bacarığı;
 Yüksək qavrama və öyrənmə qabiliyyəti;
 Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
 Problemləri həll etmə bacarığı;
 Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

İş Şərtləri:

 Həftədə 5 iş günü;
 İş saatları: 09:00-18:00;
 Tibbi Sığorta ilə təminat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Debitor borcları üzrə Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi