Satış direktoru

  • Superfon
  • Elanın qoyulma tarixi: 16.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Satış Direktoru

İş yeri: Bakı şəhəri (Əhməd Rəcəbli, Turan İş Mərkəzi)
İşin təsviri: Şirkətin satış strategiyasını müəyyənləşdirmək və idarə etmək

Vəzifə öhdəlikləri:

- Rəqiblərinin satış strategiyası və Bazar analizi, satış prosesinin təşkili, optimalaşdırılması və inkişaf etdirilməsi;
- Satış komandasının təlim və inkişaf stategiyasının müəyyənləşdirilməsi və satış hədəflərinin təyin olunması və idarə edilməsi;
- Satış komandasının düzgün idarə edilməsi, motivasiyasının yüksək saxlanılması və komandanın hədəflərinə çatmasınında lazımı dəstəyi təmin ediməsi;
- Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi;
- Satış sonrası müştəri xidmətlərinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmalı və nəzarət mexanizmini tətbiq etməli;

Tələblər:

- Satış sahəsi üzrə nəzəri və praktiki bilgilər, komanda idarəedilməsi bacarığı;
- Azərbaycan dilini mükəmməl (İngilis dili arzuolundır);
- MS Office proqramlarından istifadə etmək bacarığı 1C proqramını bilməsi arzuolunandır;
- İş təcrübəsi: Ümumi Satış təcrübəsi 8 il (azı 3 il rəhbər təcrübəsi);
- Təhsil: Ali (Biznesin İdaredilmısi, İqtisadiyyat və Maliyyə istiqamətləri üzrə);
- Yaş həddi: 30 və ya üzəri;

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış Direktoru” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.05.2020

İşəgötürənin reytinqi