İş yeri: İT Şirkətlər Qrupu
Vəzifə: Sistem Administratoru
Namizədə tələblər:
- Yüksək məntiqi-anaitik düşünmə bacarığı;
- HP, Dell, Oracle, İBM server avadanlıqları üzrə iş təcrübəsi;
- UNIXLİNUX və Windows əməliyyat sistemlərinin(server) yüksək səviyyədə inzibatçılığı;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi
- Komandada işləmə bacarığı
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi)
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi
- Virtualaşma üzrə iş təcrübəsi;
- Windows Server 2003/2008-in quraşdırılması, yönləndirilməsi və idarə edilməsi
- Active Directory, DHCP, DNS, WSUS, Terminal Server,CentOS,REDHAT, Ubuntu,Oracle Linux vmware ilə iş təcrübəsi
- Məlumatların ehtiyyata alınması və bərpası
Vəzifə öhdəlikləri:
• İT sistemlərinin daimi olaraq monitorinqi
• Problemlərin aşkarlanması və analiz olunması
• Dəyişikliklər, proflaktik işlər və problemlərlə bağlı lazımı bütün işçi qruplarının məlumatlandırılması
• Mövcud servislərin dəyanaqlılığını və təhlükəsizliyini təmin etmək
• Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması
• Bütün dəyişikliklərin sənədləşdirilməsi
• Xüsusi sistem icazələrinin verilməsi və qeydiyyatının aparılması
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
CV-lər [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Sistem administratoru” qeyd olunmalıdır.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən və yuxarıda qeyd olunan qaydalara riayət etməyən şəxslərin namizədliyinə baxılmayacaq.