Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-ə kadrlar üzrə mütəxəssis tələb olunur.
Ümumi tələblər
Ali təhsil
Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
Yaş həddi: 35 yaşadək bəylər
MS Office (MS Excel, MS Word, 1C, MS Outlook) proqramlarında işləmə bacarığı
AR Əmək Qanunvericiliyi biliyi və Elektron Hökumət portalı ilə işləmə bacarığı
Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı
Rus və ingilis dili bilikləri
Vəzifə öhdəlikləri
• E-gov portalında əməliyyatları icra etmək;
• Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək
• Qüvvədə olan qanunvericiliyə əsasən müvafiq surətdə aylıq iş uçotu tabellərini, məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Əmək kitabçalarında qeydlər aparmaq;
• Kadrlarla bağlı məşğulluq
• Qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.
• İşçilərlə bağlı dövlət orqanları və rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanması;
İş şəraiti:
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.