Sənədləşmə üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 27.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Sənədləşmə üzrə mütəxəssis.
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3il
Təhsil: Ali təhsil(Filologiya üzrə olanlara üstünlük veriləcəkdir)

İşin Təsviri: Sənəd dövriyyəsinin təmin olunması.

Vəzifə öhdəlikləri:

- Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
- Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
- Sənədlərin göndərilməsini təşkil etmək
- Sənədlərin icra müddətinə nəzarət etmək;
- Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
- Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
- Sənədlərdən istifadə edilməsini təmin etmək;
- Aşkar edilmiş sənədləri aktla təhvil almaq;
- Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
- Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
- Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
- Zəruri sənədlərdə düzəlişlər aparmaq;
- Korlanmış rəsmi blankların hesabatını aparmaq;
- Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin (filiallarla birlikdə), poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.

Tələblər:

- Azərbaycan dilində yüksək yazı bacarığı;
- Yüksək səviyyədə Excell biliyi;
- Komandada işləmək bacarığı;
- Çalışqan və yeniliyə açıq olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- Endirimli tibb xidməti.
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Sənədləşmə üzrə mütəxəssis” yazmaqla müraciət edilir.