Mühasib

  • Salam Baku Hotel
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən : Salam Baku Hotel

Şirkətə mühasib tələb olunur. (xidmət sahəsi üzrə)

Vəzifələr:

- Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; - Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi; - Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi; - Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

- 25-50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- Vergi və əmək məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.3 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 10:00 –dan 19.00-dək, şənbə və bazar günləri istirahət günləridir.

Müəssisə Kiçik sahibkarlıq subyekti meyarına daxildir. (İllik dövriyyəsi böyük deyildir)

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Mühasib” qeyd edərək öz CV lərini mükəmməl şəkildə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.