Məhsulların inkişafı üzrə kiçik mütəxəssis

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Məhsulların inkişafı üzrə kiçik mütəxəssis” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Layihə çərçivəsində müştərinin (sifarişçi təşkilatın, qurumun) biznes-prosseslərinin öyrənilməsi üçün lazım olan intervyu planının, resurs siyahısının tərtib edilməsi və intervyuların aparılması;
• Layihə çərçivəsində müştəri ilə aparılmış intervyuların nəticəsi olaraq texniki sənədlərin (texniki tapşırıq, dizayn sənədi, use-case və s.) hazırlanması;
• Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin planının hazırlanması və onun birbaşa rəhbər ilə razılaşdırılması;
• Biznes-proseslərin optimizasiyası, analizi və modelləşdirilmə işlərinin aparılması;
• Optimallaşdırılmış biznes proseslərinə görə korporativ informasiya sistemlərində dəyişikliklər etmək üçün texniki sənədlərin yazılmasında iştirak etmək;
• Təyin olunmuş layihələrin plana görə müddətlərin və digər şərtlərin yerinə yetirilməsinə nəzarət etmək;
• İş proseslərini optimallaşdırmaq üçün yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
• Layihə çərçivəsində hazırlanan məhsulun müştəriyə təqdim edilməsi üçün tələb olunan təqdimat materiallarının(təqdimat sənədi, təhvil-təslim aktı və s.) hazırlanması və lazımi təqdimat, təlim proseslərinin aparılması;
• Qurulan modellər üzrə sifarişçi üçün təqdimatların keçirilməsi.

Tələblər

• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı;
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində biliklər;
• İstifadəçilərinin proqramla bağlı yaranmış xətalarının araşdırılması və həll edilməsi;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
• İnformasiya texnologiyaları sahəsində ali təhsil alan namizədlərə üstünlük verilir.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə https://career.atltech.az/vacancy/150 elektron ünvanına mövzu hissəsində “Məhsulların inkişafı üzrə kiçik mütəxəssis qeyd etməklə göndərə bilərlər.