Proqram təminatı üzrə tester

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 25.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Proqram təminatı üzrə tester” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Proqram tələblərini nəzərdən keçirmək və test senarilərini hazırlamaq;
• Proqramın istifadəsi ilə bağlı testlərin aparılması;
• Tətbiq olunan proqram təminatı ilə bağlı bütün aspektlər barədə hesabat hazırlamaq və dizayn qrupuna hesabat vermək;
• Məhsul tələblərini başa düşmək üçün müştərilərlə qarşılıqlı əlaqə qurmaq;
• Dizayn icmallarında iştirak edərək, tələblər, məhsul dizaynı və potensial problemlər barədə təkliflər vermək;
• İstifadəçi tələblərini təhlil etmək, etibarlılıq və məqsədəuyğunluğunu analiz etmək;
Bütün mərhələdə testləri həyata keçirmək (Sistem, İnteqrasiya, Miqrasiya) ;
• Lazım olduqda avtomatlaşdırma skriptlərini test etmək;
• Proqram qüsurlarını və uyğunsuzluqlarını aşkar etmək və düzəldilməsi üçün lazımi iş icracısına yönəldərək, həll edilməsini tələb etmək və test etmək;
• İstifadəçi təlimatlarını və test senarisi sənədlərini hazırlamaq. 

Tələblər

• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı;
• Proqram testi dizaynı və test metodologiyası haqqında müasir biliklər;
• Test üsulları və müxtəlif proqramlar ilə uyğunluq barədə iş bilikləri;
• Proqramlaşdırma ilə bağlı iş bilikləri;
• Əla ünsiyyət və tənqidi düşünmə bacarıqları;
• Yaxşı təşkilatçılıq və detallı yönümlü zehniyyət;
• Eyni anda birdən çox problemi həll etmək bacarığı;
• Stress mühitində işləmək bacarığı;
• Vaxtı idarəetmə bacarığı;
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində biliklər;
• İstifadəçilərin proqramla bağlı yaranmış xətalarının araşdırılması və həll edilməsi;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
• İnformasiya texnologiyaları sahəsində ali təhsil alan namizədlərə üstünlük verilir.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə https://career.atltech.az/vacancy/151 elektron ünvanına mövzu hissəsində “Proqram təminatı üzrə tester” qeyd etməklə göndərə bilərlər.