Brend Şef

İşin təsviri

Brend Şef

Vəzifələri :

- Brend Şef” Rəhbər vəzifə kateqoriyasına aiddir, işə götürülməsi və işdən azad edilməsi Baş Direktorun səlahiyyətindədir.
- “Brend Şef” hesabatlarını Şirkətin Nəzarət menecerinə təqdim edir.
- “Brend Şef” ən yüksək restoran və keytrinq standartlarına cavab verən yeməklərin hazırlanması və bişirilməsinə tam zəmanət verir.
- “Brend Şef” ərzaq təhlükəsizliyinə, ərzaqla iş təhlükəsizliyinə və bunlarla bağlı bütün tələblərin yerinə yetirilməsinə tam məsuliyyət daşıyır.
- “Brend Şef”, aidiyyatı üzrə, mətbəxlərdə sağlamlıq və təhlükəsizlik tədbirlərinə tam təminat verir.
- Mətbəxlərdə hazırlanan bütün məmulatlara tam nəzarəti yerinə yetirməklə məsrəfləri minimuma endirməyə məsuliyyət daşıyır..
- ƏMeneceri tərəfindən verilən tapşırıq və sifarişlərin istiqamətli şəkildə yerinə yetirilməsini təmin edir. Şirkətin tələblərinə cavab verməyən ərzaq məhsullarından imtina edir.
- Menyunun və qiymətlərin dəyişdirilməsi hallarında Əməliyyatlar üzrə Menecerlə məsləhətlər aparır. Dolğun Menyü tərtibatını və - - Qiymətlərin çıxarılması işlərini yerinə yetirir.
- Şirkətin standartlarına uyğun olaraq ,mətbəxlərdə təmizlik işlərinə mütəmadi nəzarət edir.
- “Brend Şef” öz istirahət gününü Şirkətdə önəmli tədbirlərin az olduğu günə müəyyən etməlidir.

Bilməlidir :

- İstehsalın planlaşdırılması prinsiplərini, qaydalarını və onların idarə edilməsini;
- Anbar təsərrüfatının təşkili prinsipini;
- Bazarın strukturunu və mallara olan tələbatın öyrənilmə prinsiplərini;
- Məhsulun paylaşdırılması prinsiplərini;
- Təchizat, nəqliyyat, anbar, çatdırılma və maliyyə sənədlərinin tələblərini;
- Şirkətin təşkilatı strukturunu;
- Şirkətın SƏTƏM siyasətini və Haccp prinsiplərini,
- İşçi münasibətlərinin etikasını,
- Şəxsi gigiyenanin əsaslarını.
- Dünya Mətbəx siyasətini və prinsiplərini bilməlidir.

Vəzifəyə olan tələblər :

Peşəkar bilik və təcrübə
Azı- -5- il bu sahədə peşəkarlıq təçrübəsi,
Menyu və kalkulyasıya tərtib etmək bacarığı,
Qiymət çıxarmanın iqtisadi əsaslarını bilməlidir.
Fiziki sağlamlıq,
Kollektivlə işləmə qabiliyyəti, insanlarla ünsiyyət qurma bacarığı
İdarəetmə qabiliyyəti
Qoyulan tələbləri yerinə yetirmək məsuliyyəti
Subordinasiyanı qorumaq bacarığı
Təşəbbüskar və yenilikçi olmalıdır.
Kompyüter bacarığı və biliyi olmalıdır.

E - mail : [email protected]