Regionlar üzrə İnsan Resursları kiçik mütəxəssisi

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 19.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi tələblər:

• Müvafiq ali təhsil;
• Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
• Yaş həddi: 22-30;
• MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında işləmə bacarığı;
• AR Əmək qanunvericiliyi biliyi və Elektorn Hökumət portalı ilə işləmə bacarığı;
• Regionlara ezamiyəyə açıq olmaq;
• Rus və ingilis dil bilikləri arzuolunandır.

Vəzifə öhdəlikləri:

• Regionlar üzrə işə qəbul prossesini həyata keçirmək;
• Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi, sosial sığorta kartlarının açılmasını təmin etmək;
• İşçilərin şəxsi işlərini formalaşdırmaq;
• Əmək kitabçalarına qeydiyyat aparmaq;
• İşçilərin icbari sığortasını həyata keçirmək;
• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
• İş vaxtı uçotunun aparılması və lazımi sənədlərin əmək haqqı hesablanması üçün təqdim etmək;
• Departament Direktoru və ya Şöbə müdiri tərəfindən verilmiş aidiyyatı hesabatları vaxtında təqdim etmək.

Şəxsi keyfiyyətlər:

• Məsuliyyətlilik, diqqətcillik, inkişafa meyillilik;
• Ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Regionlar üzrə İnsan Resursları kiçik mütəxəssisi" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.