Beynəlxalq əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Beynəlxalq əlaqələr üzrə mütəxəssis

Vəzifə Öhdəlikləri

• Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
• Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
• Xarici və daxili bazar araşdırmaları,
xarici şirkətlərin əməkdaşlığa cəlb edilməsi;
• Təchizatla bağlı beynəlxalq danışıqlar aparmaq; Logistik əməliyyatların aparılması və nəzarət;
• İşlə bağlı yazılı və şifahi tərcümələr etmək; Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək;
• Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisə cədvəllərinin sənədləşdirilməsi və təchizatçıları texniki və maliyyə dərəcələrə görə qruplaşdırılıması;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
• Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması

Tələblər

• İqtisadi/beynəlxalq iqtisadi əlaqələr üzrə ali təhsil;
• Beynəlxalq əlaqələr sahəsində ən azı 2 il iş təcrübəsi;
• Dil bilikləri: ingilis və türk dillərini yüksək səviyyədə bilməli
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Logistik aspektləri yüksək səviyyədə bilməli;

Zəhmət olmasa, CV / CV-inizi "Beynəlxalq əlaqələr üzrə mütəxəssis" mövzusu ilə [email protected] elektron ünvanına göndərin.

İşəgötürənin reytinqi