Tibb işçisi

  • Elanın qoyulma tarixi: 13.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Tibb işçisi

İş yeri: Salyan
İş təcrübəsi: 5-7 il
Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili)
Yaş həddi: 30-55 yaş

İşin Təsviri: Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını,  istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək;
- Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.

Tələblər:

- Tibbi deontologiyanı bilmək;
- Tibb bacısının iş prinsiplərini bilmək;
- MS Office proqramlarını bilmək arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını yaşayış yerinə uyğun - “Tibb işçisi Salyan” yazıb göndərməklə müraciət edə bilərsiniz.