Təhlükəsizlik əməkdaşı

  • Elanın qoyulma tarixi: 13.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Təhlükəsizlik əməkdaşı
İş yeri: Bakı şəhəri, Keşlə və Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə min.1 il
Yaş həddi: 20-35 yaş

İşin Təsviri: Təyin olunduğu ərazinin təhlükəsizliyinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Təyin olunduğu ərazinin, məntəqənin personalının və mühitinin təhlükəsizliyinin təmin edilməsi;
- Maddi dəyərlərin oğurluğu və obyektin zərər çəkməsinə yol verməmək;
- Kamera vasitəsilə nəzarəti təmin etmək;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- Baş verən hadisələrlə bağlı növbə rəisinə mütəmadi olaraq məlumat vermək;
- Etika və mədəniyyət prinsiplərinə uyğun müştərilərə mükəmməl xidmət göstərmək;
- Təyin olunduğu ərazinin və ya məntəqənin bütün təhlükəsizilik qaydalarını dəqiq öyrənməli;
- Fövqəladə hal zamanı anında lazımi tədbirlərin görülməsi;
- Şirkətinin əmlakının yanğın, oğurluq, basqın zamanı qorunması.

Tələblər:

- Hərbi xidməti başa vurmuş olmalı;
- Boyu 178 sm-dən yuxarı olmalı;
- Fiziki sağlam olmalı (aktiv şəkildə idmanla məşğul olan şəxslərə üstünlük veriləcəkdir);
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Mühafizə və idman sahəsində sertifikatın olması arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təhlükəsizlik əməkdaşı” yazıb CV göndərməklə müraciət edilir.