NOVCO Şirkətlər Qrupu 20 ildir ki, Azərbaycanda moda/pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə və Gürcüstanda bir neçə Dünya bendlərini təmsil edir. Calvin Klein, Coccinelle, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.
NOVCO səmimi kollektivi, karyera perspektivi, ədalətli idarəetmə prinsipi və dayanıqlığı ilə fərqlənir.
“Bizim komandaya sən də qoşul!”
NOVCO şirkətlər qrupu İnsan Resursları, Pərakəndə Satışa nəzarət şöbəsinə 3 ay müddətinə “Internship” proqramı ilə işçi qəbulunu elan edir.
Tələblər:
- Ünsiyyətcil olması
- Öyrənməyə və inkişafa həvəsli
Əmək şəraiti:
- 8 saatlıq iş rejimi
İnternship proqramında iştirak etmək istəyənlər CV-lərini [email protected] ünvanına mövzu yerində “İnternship” yazaraq göndərə bilərlər.