Mühasib

  • FoxExpress
  • Elanın qoyulma tarixi: 03.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2018 - ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri - Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

MÜHASİB

İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
İş vaxtı: 09:00 - 18:00
Əmək haqqı: 800 AZN (net) - dən başlayaraq
Tabeçilik: Direktor

İŞİN TƏSVİRİ

− Kassa əməliyyatlarının uçotunun aparılması;
− Debitor və Kreditorlarla hesablaşmalar;
− Rüblük mühasibatlıq və vergi proqnozlarının hazırlanılması;
− Vergi (ÖMV, MV, MÖMV), DSMF, Statistika, Məşğulluq və digər hesabatların hazırlanılması və təqdim edilməsi;
− Vergi orqanlarında obyektlərin və kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
− Əmək haqqı üzrə vergi və sosial sığorta ödənişlərinin həyata keçirilməsi;
− Elektron qaimələrin yazılması, təhvil - təslim aktları və müqavilələrin hazırlanılması;
− İnternet Bankinqin idarə olunması;
− Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və aidiyyatı sorğuların cavablandırılması;
− Rüblük sınaq balansının qurulması;
− İllik Maliyyə hesabatlarının hazırlanılması (Maliyyə Vəziyyəti Haqqında Hesabat – MVHH, Mənfəət və Zərər Haqqında Hesabat – M/ZHH, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat – PVHHH).

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;
− Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 28.02.2020 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)