İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis

  • Pak Dad
  • Elanın qoyulma tarixi: 03.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimiz “Pak Dad” brendi adı altında 4 restoran, 7 fastfood və BalBadəm şirniyyat eviləri ilə artıq 12 ildir xidmətinizdədir. Artıq bir işəgötürən brendi formalaşdırmışıq. Biz öz karyerasını şirkətimizdə qurmaq istəyən hər bir səriştəli insanları bizimlə işləməyə dəvət edirik.

Vəzifə: İnsan Resursları Əməliyyatlar üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə minimum 3 il
Təhsil: Ali
Yaş həddi: 25-30, qadın;
İşin təsviri: Kadr inzibatçılığı ilə əlaqədar prosesləri icra edir.

Vəzifə öhdəlikləri:

- E-gov portalında əməliyyatları icra etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- Statistika hesabatlarını hazırlamaq;
- Şirkətin kadr işləri üzrə sənədləşmə prosesini idarə etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək.

Tələblər:

- Mükəmməl səviyyədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Sənədləşdirmə və yazımşa işlərini aparmaq qabiliyyəti ;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
- Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
- E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları.

Peşəkar, təşəbbüskar, mehriban komandada iş;
Etibarlı şirkətdə karyera;
Professional və maddi yüksəliş üçün perspektiv;
İş qrafiki: 9.00-18.00;
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.

Təminatlar:

- Nahar ilə təmin edilir;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
- Telefon nömrəsi ilə təmin olunur.

“İR əməliyyatları” başlığı qeyd olunsun mövzu yerində. CV nizi [email protected] poçt ünvanınıza göndərməyiniz xahiş olunur.
Qeyd: Yuxarıda göstərilən tələblərə cavab verməyən şəxslərin CV-nə baxılmayacaqdır.