Satış təmsilçisi

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 21.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hal-hazırda yüksəlişdə olan Satış komandamıza aşağıdakı tələblərə uyğun Satış təmsilçisi axtarılır.

İş barədə məlumat:

• Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq mallarının satışını təşkil etmək;
• Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
• Təyin olunmuş satış planlarının icrası;
• Müştərilərdən ödənişlərin toplanması;
• Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
• Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə dxil edilməsi;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
• Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

• Ali təhsil
• Sürücülük vəsiqəsi və şəxsi avtomobil
• Satış sahəsində təcrübə arzuolunandır
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı

Digər məlumatlar:

• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə
• Yüksək karyera imkanları;
• 5 günlük iş qrafiki;

Uyğun namizədlər mövzu qismində "Satış təmsilçisi" sözünün qeyd edərək cv-lərini [email protected] e-mail adresinə göndərə bilər və ya http://sham-fi.az/az/menu/13/muraciet-formasi/ linkdən müraciət edə bilərlər.
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.